Belçikanın yüksək liqa təmsilçiləri "Sportinq Lokeren" və "Genk"in ikinci komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb.
AZXEBER.COM xəbər verir ki, qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, matçın 25-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Qreqori Mertens qəfildən yerə yıxılıb.
Ürəyinin dayandığı bildirilən futbolçuya həkimlər ilkin tibbi yardım göstəriblər. Daha sonra onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Mertensin durumunun ciddi olduğu və süni komada saxlanıldığı bildirilir.
Belçika millisinin futbolçuları Tibo KurtuavəRomelu Lukaku Tvitter sosial şəbəkəsindəki səhifələrində "mübarizəyə davam et Qreqori" mesajını yazmaqla futbolçuya dəstək olublar.
Qeyd edək ki, Belçikanın U-21 millisində çıxış edən Mertens cari mövsüm "Sportinq Lokeren"in heyətində 18 oyun keçirib.