“Stok Siti”nin hücumçusu Kenvin Cons soyunub-geyinmə otağında şkafdan donuz başı tapıb.
AZXEBER.COM-un Sports.ru-ya istinadən verdiyi xəbərə görə, ilkin məlumatlarda bunu oraya futbolçunun komanda yoldaşı Qlenn Uelanın qoyduğu bildirilir.Cavab olaraq, Cons onun avtomobilinin qabaq şüşəsini sındırıb. Hər iki futbolçunun komanda yoldaşı Brek Şinin sözlərinə görə, bu hadisə sadəcə, “şiti çıxarılan” zarafatdır.“Böyük adamlardır, amma özlərini uşaq kimi aparırlar. Donuz başı zarafat deyil, bu sadəcə iyrəncdir. Bu yəni doğrudan gülməlidir??!!” – deyə Consun rəfiqəsi Kissa Abdulla Twitter-də yazıb.