Futbolda əlbəyaxa dava düşdü - VİDEO

Futbolda əlbəyaxa dava düşdü - VİDEO
İDMAN
17:26 27.04.2017
1237

 

Libertadores Kubokunun qrup mərhələsi çərçivəsində keçirilən "Penyarol” – "Palmeyras” matçı qalmaqalla yadda qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Uruqvayda baş tutan görüşdə qonaq komandanın yarımmüdafiəçisi Felipe Melo hadisələrin mərkəzində olub.

 

Qarşılaşmanın final fiti səslənən kimi, sabiq "Qalatasaray”lı rəqib oyunçularla əlbəyaxa olmağa başlayıb. Bəzi futbolçular aranı sakitləşdirməyə çalışsalar da, Melo rəqibi yumruqla vurmağa nail olub. Hadisə yerindən qaçaraq dərhal uzaqlaşan təcrübəli futbolçu asayiş keşikçilərinin də köməyi ilə dəhlizə yollanıb.

 

Stadionun mühafizəçiləri meydanda vəziyyətin gərginləşməsinə imkan verməsələr də, dava-dalaş davam edib. "Palmeyras”ın paltardəyişmə otağının qapısını bağlı görən klubun mühafizəçiləri qapını qırmaq məcburiyyətində qalıblar.

 

Davanın düşməsinə səbəb kimi qarşılaşmadan əvvəl Melonun "qələbə qazanmaq üçün uruqvaylıları yumruqlamaq lazım gəlsə, bunu edərəm” deməsi göstərilib. "Penyarol” oyunçuları da məğlubiyyətin əvəzini Melodan çıxmağa çalışıblar.

 

Qeyd edək ki, səfərdə 3:2 hesablı qələbə qazanan "Palmeyras” 4 turdan sonra 10 xalla yer aldığı qrupa başçılıq edir. "Penyarol” isə 3 xalla sonuncu pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA
16:15 05.03.2026
AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində