Futbolda mübahisələrin qarşısı alınacaq - TFF hərəkətə keçdi

İDMAN
11:50 31.01.2024
190
Futbolda mübahisələrin qarşısını almaq istəyən Türkiyə Futbol Federasiyası hərəkətə keçib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) sədr müavini, İcraiyyə Şurasının üzvü, FİFA, UEFA Əlaqələri və Xarici Əlaqələr üzrə məsul İdarə Heyətinin üzvü Mustafa Eröğüt idman mediasının nümayəndələri ilə bir araya gələrək mövzu ilə bağlı danışıb. 

Müavin Super Liqada tətbiq edilən Yarı Avtomatik Ofsayt Sisteminin iş prinsipləri, VAR qeydlərinin dərc edilib-edilməyəcəyi, Mərkəzi Hakimlər Şurasının (MHK) strukturunun dəyişib-dəyişməyəcəyi kimi mövzularda açıqlamalar verib. 
 
Müzakirədə mühüm məlumatları paylaşan Mustafa Eröğüt Türkiyədə Super Liqa maçlarında VAR qeydlərini ictimaiyyətlə paylaşmağa çalışdıqlarını bildirib. 

Türk futbolunun hazırkı strukturunda hakimlərin aldıqları xallara müşahidəçilərin təsirini izah edən Eröğüt, yeni dövrdə bu strukturu dəyişəcəklərini və UEFA-nın 10 nəfərdən ibarət yüksək səviyyəli məmurlarının artıq türk hakimliyində həlledici rol oynayacağını da əlavə edib.  

Yaxın günlərdə həyata keçirilməsi planlaşdırılan təcrübələrdən biri də TFF-nin bir müddətdir üzərində çalışdığı və Klublar Birliyi ilə məsləhətləşdiyi MHK-nın strukturunun dəyişdirilməsidir. 

Plana görə, yeni MHK 5 üzvdən ibarət olacaq. Bu üzvlərin 3-ü əvvəlki kimi TFF tərəfindən, 2-si isə Klublar Birliyi tərəfindən tövsiyə edilən və razılaşdırılan şəxslər olacaq. 

Oksana

OXŞAR XƏBƏRLƏR