Füzuli İcra Hakimiyyəti AZXEBER.COM-un araşdırmasından sonra Prezidentin səfərini rəsmi sayta yerləşdirdi - FOTO

Füzuli İcra Hakimiyyəti AZXEBER.COM-un araşdırmasından sonra Prezidentin səfərini rəsmi sayta yerləşdirdi - FOTO
SOSİAL
17:37 23.06.2017
4177
AZXEBER.COM xəbər portalında yayımlanan "Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentin rayona səfərini niyə görməzdən gəlir? - FOTOFAKT" adlı araşdırma yazısından sonra rayon rəhbərliyi məsələyə qarışıb.
 
Məlumata görə, rayon rəhbərliyi bu hadisəylə bağlı araşdırmaya başlayıb və saytı idarə edən şəxsləri cəzalandırıb.
 
Bu gün günorta saatlarından etibarən Prezident İlham Əliyevin Füzuliyə 12.11.2016-cı il tarixli səfəri sayta yerləşdirilib.
 
Eyni zamanda icra başçısı Alı Alıyev mediayla çalışan şəxsi də cəzalandırıb. Buna səbəb saytdakı bu yanlışlıqla bağlı ona məlum verilməməsi olub. 
 
Qeyd edək ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev media ilə işi Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin müxbirinə tapşırıb. İcra başçısı həmin şəxs vasitəsilə mətbuatda haqqında gedən neqativ xəbərlərin qarşısını almağa cəhd edir.
 
 
ƏVVƏL

 

 

SONRA

 


 
OXŞAR XƏBƏRLƏR