Füzuli rayonunda 1993-cü ildən qalmış minalar partladı

Füzuli rayonunda 1993-cü ildən qalmış minalar partladı
11:03 04.04.2013
1030

Füzuli rayonunda partlayış olub.

APA-nın məlumatına görə, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydə alınıb. 

Kənd sakini Mətləb Əliyevə məxsus həyətyanı sahədə təmizlik işləri aparılarkən ardıcıl 6 partlayış baş verib. Partlayış nəticəsində xəsarət alan olmayıb. Partlayışların dördü nisbətən güclü olub. Hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Fizuli Regional bazasının mütəxəssisləri baş verən ərazidə yoxlama aparırlar. 

Partlayan döyüş sursatlarının 1993-1994-cü illərdə kənddə gedən döyüş əməliyyatları zamanı atıldığı ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR