Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb.
Bu barədə AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyon 598,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Sənaye məhsullarının istehsalının dəyəri 43 milyon 838,9 min manat təşkil edib.











































