Füzulidə 8 kiloqram marixuana aşkarlandı

Füzulidə 8 kiloqram marixuana aşkarlandı
KRİMİNAL
10:51 12.02.2026
300
Füzulidə 8 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkarlanıb.
 
AZXEBER.COM xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.
 
Həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
 
Faktla bağlı  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR