Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, bir nəfər həyatını itirib.
Belə ki, Hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ"-ın sürücüsü, 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində ölüb. "Toyota" -nın sürücüsü Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişini, Füzuli rayon Qayıdış-5 qəsəbə sakini 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu və müxtəlif dərəcəli xəsarətlər alaraq, Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.