Füzuli rayonunun Kərimbəyli kəndində "Daewoo" markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.