Fövqəladə Hallar Nazirliyi Bərdədə reyd keçirir

Fövqəladə Hallar Nazirliyi Bərdədə reyd keçirir
09:52 30.01.2013
987

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdədə şəhərinin yaşayış binalarında və fərdi mənzillərdə təhlükəsizlik qaydaları ilə bağlı reyd keçirib.AZXEBER.COM-un məlumatına görə, idarənin yanğın nəzarəti üzrə mütəxəssisi, rayon Qaz İstismar Sahəsinin nümayəndələri evlərin mətbəxinə, vanna otağına və damına baxış keçirib, qaz cihazlarının, tüstü bacalarının, havadəyişmə sisteminin fəaliyyətini yoxlayıblar.FHN-nin əməkdaşı Ramin Qasımovun sözlərinə görə, əksər mənzillərdə təhlükəsizlik qaydalarına əməl olunmadığı üzə çıxıb. Xüsusilə rezin borulardan qaz xətləri çəkərək böyük təhlükə yaradırlar. Reyd zamanı qeyri-standartlar qaz sobalarından istifadə edənlər də üzə çıxıb.Evlərdə qaz sızmaları, dəm qazından zəhərlənmə, qaz partlayışları və yanğın hadisələrinin baş verməməsi üçün görülməsi vacib olan işlər barədə vətəndaşlar geniş məlumatlandırılıb, ev sahiblərinə “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir” adlı yaddaş vərəqəsi verilib. Reyd zamanı bir necə evdə müəyyən nöqsanlar aşkarlanaraq aidiyyatı üzrə ev sahiblərinə tapşırıqlar verilib.Qeyd edək ki, yoxlamalar bundan sonra da rayonda davam etdiriləcək. FHN-in Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə yaxın günlərdə qonşu rayonlarda da bu cür reydlərin keçirilməsi və maarifləndirmə işinin təşkili nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR