G20-nin növbəti sammitlərinin məkanı bəlli oldu

G20-nin növbəti sammitlərinin məkanı bəlli oldu
DÜNYA
18:08 09.09.2023
278
"Böyük iyirmiliy”in (G20) növbəti sammitlərinin Braziliya, Cənubi Afrika və ABŞ-də keçirilməsi planlaşdırılır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə G20 ölkələrinin liderlərinin Nyu Dehli sammitinin yekunları üzrə qəbul etdikləri bəyannamədə deyilir.

"2024-cü ildə Braziliyada, 2025-ci ildə Cənubi Afrikada və 2026-cı ildə ABŞ-da yenidən görüşməyi səbirsizliklə gözləyirik”, - bəyannamədə bildirilir.

G20 liderləri Səudiyyə Ərəbistanının yeni tsikldə G20 sammitinə ev sahibliyi etmək niyyətini alqışladıqlarını vurğulayıblar.
OXŞAR XƏBƏRLƏR