Göyçay polisində hüquq müdafiəçisinə işgəncə verirlər

MARAQLI
08:30 03.08.2011
1975

Dünənki məhkəmə iclası başlamamışdan öncə əvvəlki prosesdə olduğu kimi jurnalistlərin kimliyi siyahıya alındı, onların telefonları, foto və videokameraları, diktofonları heç bir səbəb göstərilmədən alındı. Yalnız məhkəmə bitəndən sonra hakim bir dəqiqəlik fotoçəkilişə icazə verdi. 

Hakim Elxan Süleymanovun sədrliyi ilə keçən proses hüquq müdafiəçisinin vəkili Xalid Bağırovun ötən dəfə qaldırdığı vəsatətə münasibətlə başladı. Vəkil ittihamın mahiyyət və tövsifinin yazılı şəkildə izah edilməsini istəmişdi. Hakim bu vəsatəti təmin etdiyini, yaxın günlərdə yazılı cavab verəcəyini dedi.

 

Sonra V.İsgəndərlinin vəsatətləri dinlənildi. Hüquq müdafiəçisinin ilk vəsatəti həkim komissiyasının yaradılması ilə bağlı oldu. O dedi ki, Göyçay Rayon Polis Şöbəsində ona işgəncə verirlər: “Məni psixoloqlar yox, həkimlər müayinə etsin. Ruhi xəstə deyiləm ki, üstümə psixoloq göndərilir. Ruhi xəstələr dövlət ittihamçısının məhkəməyə gətirdiyi şahidlərdir. Burada 50 dərəcə isti olur. Heç kim dözə bilməz, ancaq mən insanların azadlığı naminə hər fədakarlığa dözürəm. Mənə nə ventilyator, nə də yelpic verirlər. Üstəlik avqustun 1-dən gəzintiyə də qoymurlar. Bu əmri polisə icra başçısı Mənsur Məmmədov verib. O, bütün əlaqələrini işə salıb işgəncə vermək istəyir. Bir daha deyirəm: hər şeyə dözüb sona qədər mübarizə aparacağam”.

OXŞAR XƏBƏRLƏR