Göyçayda Heydər Əliyevin doğum günü qeyd olunub – FOTOLAR

MARAQLI
07:35 08.05.2011
2968
Tədbirdə rayonun  ziyalıları, ağsaqqallar, məktəblilər iştirak edib. Öncə mərasim iştirakçıları Ulu Öndərin ruhuna hörmət əlaməti olaraq  Heydər Əliyevin  abidəsini  ziyarət ediblər, abidənin önünə əklil və gül dəstələri qoyublar. Sonra tədbirin rəsmi  hissəsi Heydər Əliyev  Mərkəzində başlayıb. Mərasimi  giriş sözü  ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxışında Ümumilli Liderin həyatı və Müstəqil Azərbaycan üçün misilsiz  xidmətlərindən danışıb.

Bildirib ki, Müstəqil Azərbaycanın memarı və qurucusuu Dahi Siyasətçi Heydər Əliyev  Sovet və Azərbaycan  tarixinin amansız və sərt dönəmlərində xalqın yanında olub və xilaskarlıq missiyasını  yerine yetirib. Ölkənin iqtisadi inkişafının eləcə də daxili və xarici siyasətinin təkmilləşməsində öz səy və bacarıqlarını əsirgəməyib. Məhz onun uğurlu siyasətinin nəticəsidir ki, bu gün  ölkəmiz uğurla inkişaf edir  və regionun lider dövlətinə çevrilib.

İcra Hakimiyyəti başçısının humanitar məsələri üzrə müavini  Rəxşəndə xanım Rəcəbova ölməzliyi  həyatı  bahasına  xalqın  yaddaşına əbədi  həkk edən  Dahi Liderin uzaqgörən, bacarıqlı  siyasəsətindən və bu siyasətin uğurlu davamçısı ölkə başçısı İlham Əliyevin Azərbaycannın  dinamik inkişafı istiqamətində  gördüyü  işlərdən  söhbət açıb.

Rayon ağsaqqalları adından çıxış edən Asif Nəbiyev  Heydər Əliyevin Azərbaycan istiqlaliyyətini qoruyaraq tarixin şanlı səhifəsini  yaratdığını tədbir iştirakçılarının  diqqətinə çatdırıb.

Məktəblilər isə  Ulu Öndərə olan  sevgi  və hörmətlərini şeir və mahnı ilə ifadə ediblər. 

Tədbirin  sonunda qonaqlara  Dahi  və əvəzolunmaz siyasətçi, Heydər Əliyevin həyatını və ictimai  siyasi  fəaliyyətini əks etdirən kinolent nümayiş olunub.

Həsən Elbrusoğlu


 

 

 

 

OXŞAR XƏBƏRLƏR