Gülər Əhmədova jurnalistlərin qarşısına şərt qoydu

MARAQLI
15:08 25.07.2011
2132

Gedənlərə “yaxşı yol” deyən təsisçi onların əvəzinə qəzetə gənc jurnalistlərin cəlb olunacağını bəyan etmişdi.
Dediyini edən G.Əhmədova bu gün “Mərkəz”in yeniləşmiş kollektivi ilə iclas keçirib.

Təsisçi qəzetin yeni əməkdaşları qarşısında öz tələblərini qoyub, qəzetin tam yeni formatda ərsəyə gətirilməsi ilə bağlı istək və arzularını çatdırıb.
Tədbirdə “Mərkəz”in hazırkı əməkdaşları ilə yanaşı, yenicə, işə başlayan gənc jurnalistlər, Bakı Slavyan Universitetinin “Jurnalistika” fakültəsinin təcrübə keçən tələbələri də iştirak ediblər.

“Mərkəz” qəzetinin təsisçisi, millət vəkili Gülər Əhmədova ilk növbədə “Mərkəz”ə yenicə gəlmiş gənc jurnalistlərə gələcək fəaliyyətində uğurlar arzulayıb və qəzetin perspektivlərindən söhbət açıb. Görüşdə iştirak edən gənc jurnalistlər – Günel Əbilova, Nərgiz Ehlamqızı, Nigar Etibar, Mirvari Nəcəf, Səidə Teyyubqızı, Yusif Ağayev, Şəhriyar Həsənov, Ceyhun Cəfərli və digər gənc jurnalistlər “Mərkəz”də fəaliyyət göstərmək istədikləri sahələr barədə danışıb, qəzetin formatının daha da mükəmməlləşdirilməsi istiqamətində hansı işlərin görülməsi haqqında öz təklif və arzularını bildiriblər.
 Qəzetdə ciddi şəkildə iş bölgüsü aparılıb, hər bir sahə üzrə məsul jurnalistlər təhkim edilib. /// modern.az

 

OXŞAR XƏBƏRLƏR