G5+ ölkələri müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır

G5+ ölkələri müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
DÜNYA
22:27 31.03.2025
329
G5+ ölkələri Ukraynaya yardımı artıracaq. Eyni zamanda, həmin ölkələr Rusiyanı atəşkəslə razılaşmağa məcbur etmək üçün ona qarşı yeni sanksiyalar tətbiq etməyi düşünürlər.
 
Bu barədə "Reuters” məlumat yayıb.

Ukraynanın əsas Avropa müttəfiqlərinin xarici işlər nazirləri Madriddə keçirilən G5+ və ya Veymar+ qrupunun iclasının yekunu üzrə birgə bəyanat yayıblar.

İspaniya, Almaniya, Fransa, İtaliya, Britaniya və Polşanın yüksək səviyyəli diplomatları, eləcə də Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanı dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırıb.

"Biz bu məsələdə aparıcı rol oynamağa hazırıq", - nazirlər öz bəyanatlarında vurğulayıblar.

Ölkələr, həmçinin Ukraynaya hərbi, siyasi və humanitar dəstəyi artıracaqlarına söz veriblər.

Bəyanatda həmçinin bildirilib ki, istənilən sülh sazişi Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.

Bəyanatda, həmçinin qeyd olunub ki, dondurulmuş Rusiya aktivləri Moskva müharibəni bitirənə və Ukraynaya vurduğu zərəri ödəyənə qədər blokadada qalmalıdır. İspaniya müttəfiqlərini bu aktivlərdən Ukraynaya yardım üçün alternativ maliyyə mənbəyi kimi istifadə etməyə çağırır.
 
///Report
OXŞAR XƏBƏRLƏR