Gəlin atasının evindən ər evinə dəvə ilə aparıldı (VİDEO)

MARAQLI
05:32 11.06.2011
2111

Türkiyədə gəlini atasının evindən ər evinə dəvə ilə aparıblar. Hadsə Çanaqqala vilayəti Ezinə rayonu Akköydə regionun tanınmış dəvəçisi Yunus Mətinin oğlunun toyunda baş verib. 19 yaşlı gəlin dəvəyə mindirilib və kənd sakinlərinin müşayiəti ilə kürəkənin evinə aparılıb. 


Yunus Mətin oğlunu evləndirəcəyi vaxt gəlini dəvə ilə gətrəcəyinə dair əhd etdiyini, gəlinin də bunu anlayışla qarşılayaraq dəvə ilə getməyə razılıq verdiyini deyib. 

87 yaşlı kənd sakini isə keçmişdə gəlinin atasının evindən bir at, bir dəvə ilə çıxdığını, gəlinin ata mindiyini, dəvəyə isə cehiz yükləndiyini bildirib.

OXŞAR XƏBƏRLƏR