Gənc fəal Bəxtiyar Hacıyev saxlanıldı

MARAQLI
21:48 04.03.2011
1942
Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin vəkili Səadət Seyidli məlumat verib.Vəkilin sözlərinə görə, B. Hacıyev məhkəmə zalında ona özünün döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib. 

Bəxtiyar Hacıyev 2 saylı istintaq təcridxanasına aparılıb.

Bəxtiyar Hacıyev sonuncu dəfə gənclərlə görüşüb.

Onlardan biri Günel Yusifli deyir ki, səhər saatlarında Bəxtiyar Gəncə şəhər Nizami Rayon Polis Şöbəsində olub. Orada ondan facebookdə paylaşdığı fikirlərlə bağlı suallar veriblər.

«Bu gün saat 4-ə işləmiş, bəlkə də 4-ün yarısı olardı, Bəxtiyar mənə zəng etdi və onu yenidən polis şöbəsinə çağırdıqlarını bildirdi. O, dedi ki, əgər yarım saatdan sonra gəlməsəm bilin ki, mən polis tərəfindən saxlanmışam. Bəxtiyar sonuncu dəfə Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə getdiyini mənə bildirdi. Biz Bəxtiyarla bağlı heç bir məlumat ala bilmirik».

Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev deyir ki, saat 17 radələrində Bəxtiyarı izləyən iki nəfər polis əməkdaşı onların evinə gəliblər.

«Öz işçilərindən iki nəfəri göndərirlər ki, evə ki, guya bunların xəbəri yoxdur. Bəxtiyar polis nəzarətində olduğunu görə, onlar gəliblər yoxlamağa görsünlər o evdədir yoxsa yox».

Vüqar Hacıyev deyir ki, o polisə müraciət edərək, qardaşının polis şöbəsinə gətirilməsinin səbəbləri ilə maraqlanıb. Ancaq ona informasiya verilməkdən imtina edilib.

Bəxtiyar Hacıyevin yanvarda hərbi xidmətdən yayınma ittihamıyla saxlanmışdı. Onun dilindən iltizam alınaraq Gəncədən çıxmamaq tapşırılmışdı.

Bəxtiyar Hacıyev həmçinin «Facebook»da 11 mart –Böyük Xalq günü aksiyasının dəstəklədiyini bildirib. O mətbuata açıqlamasına bildirmişdir ki, bu qrupun təşkilatçısı deyil. Sadəcə texniki işlərini yerinə yetirir. O, martın 4-də «Facebook» statusunda Azərbaycan polisinə müraciət yerləşdirib Onları lazım anda düzgün seçim etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR