"Gənc Heydərçilər" Milli Qurtuluş Gününü qeyd etdilər

GƏNCLİK
19:00 14.06.2011
3917

AZXEBER.COM-un məlumatına görə, tədbiri giriş sözü ilə "Gənc Heydərçilər" Ümumrespublika Gənclər Birliyinin İdarə Heyətinin sədri Nəsimi Qədirov açıb. N.Qədirov öncə tədbirin məqsədi və məramı barədə çıxış edib: “15 iyun Azərbaycanın tarixində ən böyük, əlamətdar hadisə kimi yaddaşlara həkk olunub. Məhz bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xalqımızın düşdüyü ağır gündən xilas etdiyi bir tarixdir. Ona görədə 18 ildir ki, biz 15 iyunu xilas günü, qurtuluş günü kimi qeyd edirik. Biz “Genc Heydərçilər”olaraq həmin tarixdən bu yana dünya şöhrətli, zəngin siyasi qabiliyyətə malik olan ulu öndərimizin bizə miras qoyduğu müstəqil Azərbaycanımızı Heydər Əliyev ideyalarına söykənərək inkişaf etdirməyə çalışacağıq”.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev də çıxış edərək, Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışıb və bütün Azərbaycan gənclərini bu bayram münasibəti ilə təbrik edib. Bundan əlavə tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələri, ali məktəblərin həmkarlar ittifaqlarının sədrləri, bir sıra QHT nümayəndələri və ictimai xadimlər də çıxış ediblər.

Sonda qonaqlara ziyafət verilib, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin – Xalq artisti Aygün Bəylər, Əməkdar artistlər Ədalət Şükürov, Tünzalə Ağayeva, müğənnilərdən Samira , Sevda Yahyayeva, Elvin Abdullayev ve b. vətənpərvər ruhda olan mahnıları dinlənilib.

OXŞAR XƏBƏRLƏR