Gəncədə də Bayraq Meydanı olacaq

MARAQLI
12:24 23.06.2011
1933

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, Bayraq meydanının inşası üçün lazım olan bütün avadanlıqlar və inşaat materialları adı çəkilən əraziyə gətirilib və yaxın vaxtlarda Bayraq meydanının inşasına başlanılacaq. Yeni inşa ediləcək Bayraq meydanının ətrafında isə istirahət guşəsi yaradılacaq.

Qeyd edək ki, Bayraq meydanında eni 18, uzunu 36 metr olan Azərbaycanın üçrəngli bayrağı 76 metr hündürlükdə dalğalanacaq.

 

OXŞAR XƏBƏRLƏR