Tədbirdə 100-dən artıq gül kompozisiyası, maketlər, rəsmlər nümayiş etdirilib. Gəncənin Heydər Əliyev meydanın güllə bəzəyən bu ilki bayram icra başçısının təşəbbüsü ilə təşkil olunub. Bayrama hazırlıq işləri bir ay davam edib. Gül bayramında iştirak edən uşaq bağçasının, ümumtəhsil və ali məktəblərin, mədəniyyət idarələrinin kollektivləri meydanda rəngbərəng təbii və süni güllərdən düzəldilmiş müxtəlif ekspozisiyalar nümayiş etdiriblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də tədbirə qatılıb. Qeyd edək ki, tədbir incəsənət kiollektivləri mahnı və rəqs cələngləri ilə davam edib.
Bu gün gəncədə Heydər Əliyevin anadan olmasının 88 - ci il dönümü münasibətilə “Heydər Əliyev və milli - mənəvi dəyərlərin qorunması” adlı kitabın təqdimat mərasimi keçirilib. Heydər Əliyevin adını daşıyan muzeydə baş tutan tədbirdə şəhər ziyalılarının kitabla bağlı fikirləri dinlənilib.
Üç fəsil və 243 səhifədən ibarət kitab Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tövsiyyəsi ilə çap edilib.