AZXEBER.COM portalının hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda ərazidə çoxlu insanlar var. Bu gün ADNA-nın ikinci təhsil binasının qarşısına “İrəli” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası ziyarətlərə başlayıb. Müxbirimizin verdiyi məlumata görə, ərazidə mülki yegimlilərlə yanaşı polis əməkdaşları da, təhlükəsizliyi təmin edir.
Qeyd edək ki, adı sadalanan təşkilatların aksiyalarına icazə verilib.