G7 ölkələrinin XİN başçıları Ukraynaya dəstək ifadə ediblər

G7 ölkələrinin XİN başçıları Ukraynaya dəstək ifadə ediblər
Siyasət
19:21 19.02.2022
435
Dünyanın inkişaf etmiş yeddi ölkəsinin (G7) xarici işlər nazirləri Münhen görüşündə Ukrayna ilə həmrəyliklərini ifadə ediblər.

Bu barədə Almaniya XİN-in bəyanatında bildirilib. 

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Almaniya, İtaliya, Yaponiya, Kanada, Fransa və Böyük Britaniya daxildir.
OXŞAR XƏBƏRLƏR