“Game of Thrones” serialının aktyoru yardım gəmisi ilə Qəzzaya gedir

“Game of Thrones” serialının aktyoru yardım gəmisi ilə Qəzzaya gedir
MAQAZİN
13:58 03.06.2025
339
Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan "Azadlıq Donanması Koalisiyası"nın (FFC) yeni gəmisi İtaliyanın Kataniya limanından yola düşüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Game of Thrones” filminin aktyoru Liam Kanninqem da gəmidə öz yerini alıb.
 
Yelkənli qayıqda isveçli fəal Qreta Tunberq və irlandiyalı aktyor Liam Kanninqem də daxil olmaqla 12 nəfər var.

Yola çıxmazdan əvvəl çoxlu insan limana gələrək Fələstin bayraqları ilə yelkənli qayığa dəstək verib.

Azadlıq Donanması Koalisiyasının "Madleen" yelkənli qayığının missiyası ilə bağlı verdiyi açıqlamada, "Madlin"in süd tozu, tibbi ləvazimatlar və digər həyati yardımları Qəzzaya apardığı bildirilib. 

İtalyan mediası bildirib ki, "Madleen” gəmisinin təxminən bir həftəlik səfərdə Qəzza sahillərinə çatması gözlənilir.
 
Xatırladaq ki, keçən ay Koalisiyanın "Azadlıq Donanması”nın gəmisi "Vicdan” yardım səfərində beynəlxalq sularda üzərkən İsrail qüvvələri tərəfindən PUA hücumuna məruz qalmışdı.
 
Aysel



OXŞAR XƏBƏRLƏR