Cənubi koreyalı repçi PSY-nin YouTube-a yerləşdirilən “Gangnam style” mahnısının klipi milyardan çox izlənərək resursun tarixində ən çox izlənən video statusunu bir daha təsdiq edib.
Gün.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, iyulun 15-də YouTube-a yerləşdirilən klipin izlənilməsi dünən milyardı keçib.Ən çox izlənən video adını “Gangnam style” Castin Biberin (Justin Bieber) “Baby” mahnısının YouTube-da izlənilməsini keçərək, hələ noyabr ayında qazanıb.