“Gazelli Group”dan daha bir təqdirəlayiq vətənpərvər aksiya - VİDEO

“Gazelli Group”dan daha bir təqdirəlayiq vətənpərvər aksiya - VİDEO
İQTİSADİYYAT
14:51 04.11.2020
849

"Gazelli Group" müharibə başlayandan bəri Azərbaycan dövlətinə və ordusuna dəstək verməkdədir.

Bu dəfə holdinq erməni terorunun qurbanı olan Gəncə sakinlərinə qayğı göstərib.

Vətənpərvərlik aksiya çərçivəsində "Gazelli Group"un əməkdaşları şəhərin mərkəzində və ətrafında minlərlə uşağa oyuncaq, Azərbaycan bayrağını əks etdirən yaxalıq paylayıb. Bununla da holdinq yerli sakinlərə xoş anlar yaşadıb.

Bundan başqa, "Gazelli Group"un rəsmiləri terror nəticəsində hər iki valideynini itirmiş uşaqlara baş çəkib. Qərara alınıb ki, bundan sonra Nuray və Xədicənin özəl baxça, Sevilin isə universitetə hazırlıq xərclərini holdinq ödəsin.

Gəncədə erməni terroru nəticəsində evlərinə ziyan dəymiş yüzlərlə ailəni də "Gazelli Group" unutmayıb. Holdinq bu şərəfli yolda dövlətimizi və ordumuzu dəstəkləməklə yanaşı, həm də Azərbaycan xalqının yanındadır!

OXŞAR XƏBƏRLƏR