Ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Gəncə Dövlət Universitetində I kursa qəbul olan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb.
AZXEBER.COM Tədris-elektron şöbəsinin müdiri Elturan Yusifov yenigence.com-a bildirib ki, 2018/2019-cu tədris ili üçün tələbə qəbulu nəticələrinə görə resepublika üzrə ən yüksək göstərici əldə edən universitetlərdən biri də Gəncə Dövlət Universiteti olub. Universitet üzrə tələbə qəbulu planı 95%-dən artıq yerinə yetirilib. 16 avqustdan başlayan sənəd qəbulu 28 avqusta qədər davam edəcək.