Gecə boyu Rusiyaya yeni PUA hücumları oldu

Gecə boyu Rusiyaya yeni PUA hücumları oldu
DÜNYA
14:54 25.09.2023
234
Rusiya Müdafiə Nazirliyi Qara dəniz, Krım, Kursk və Bryanskda Ukrayna PUA-larının hücumlarının qarşısı alındığını bildirib.

AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatının (PUA) hücumlarının Qara dəniz, Krım, Kursk və Bryansk vilayətlərində qarşısı alındığını bildirib.

Nazirlikdən verilən açıqlamalarda bildirilib ki, bu gecə Kiyevin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdinin qarşısı alınıb.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə sistemlərinin Qara dənizin şimal-qərbi və Krım yarımadası üzərində 4 PUA-nı vurduğu bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR