“Gecə evə, arvadımın yanına adamlar gəlir, amma tuta bilmirəm” - Azərbaycanlı kişi

“Gecə evə, arvadımın yanına adamlar gəlir, amma tuta bilmirəm” - Azərbaycanlı kişi
SOSİAL
15:00 13.01.2017
36220

 

Arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirən Piriyev və digər şahidlər ifadə verib. Prosesdə təqsirləndirilənin 9 yaşlı qızı ifadə verib. O ifadəsində anası ilə atası arasında daim dava-dalaş olduğunu deyib: "Atam əsəbiləşib anamı döyürdü. Məktəbə vaxtı-vaxtında getməyimə də icazə vermirdi. Anamı çox istəyirdim, içib bizə əziyyət edirdi”.

Hadisə günündən danışan 9 yaşlı qız bildirib ki, həmin vaxt onlar rayonda olub: "Anam Bakıda evə idi. Bu adam babama zəng elədi ki, "Cəlaləni öldürmüşəm, özüm də gedirəm polisə”. Anamın dalınca danışır ki, başqa kişilərlə görüşürdü. Yalandır, evimizə başqa kişi gəlməyib”.

Prosesdə mərhumun bacısının əri Nicat Süleymanov ifadə verib. O, ifadəsində Müzəffər Piriyevin qısqanc və psixi problemlərinin olduğunu söyləyib. "Mənə deyirdi ki, gecə evə adamlar gəlir. Amma tuta bilmir. Kondisionerin yerini "skoçlamışdı”. Deyirdi ki, ordan evə adam gəlir”.

Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı patoloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əşyayi-dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib. Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa, davranışı onda şizofrenik meyllərin olduğuna işarə edir. Müzəffər Piriyev əvvələr də məhkumluq həyatı yaşayıb və sonuncu dəfə 2001-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və 1 il həbsxanada qaldıqdan sonra azadlığa çıxıb./lent.az/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu