Gecə saatlarında evinin eyvanından yıxılan Elif Atalayın (36 yaş) cansız cəsədi səhər saatlarında qonşuları tərəfindən tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Zonquldak bölgəsində baş verib.
İddialara görə, Elif Atalay 5-ci mərtəbədəki evinin eyvanından beton döşəməyə yıxılıb. Səhər eyvana çıxan qonşusu Atalayı yerdə hərəkətsiz vəziyyətdə görüb və polisə xəbər verib. Ünvana polis və təcili yardım qrupları göndərilib. Tibb heyətinin ilkin müayinəsində Elif Atalayın öldüyü müəyyən edilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Oksana