Kiyev Baş Yeparxiyasının missionerlik bölməsinin keçmiş rəhbəri, rus keşiş Andrey Çaçev Rusiyada gecə klublarına basqın edərək, uyğun adamları hərbi xidmətə çağırmağı təklif edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, mübahisəli açıqlamaları ilə tanınan Çaçev deyib ki, işə qəbul büroları sərhəd məntəqələrində oturub gözləməməlidir.
O, müharibənin olduğu bir vaxtda insanların gecə klublarına gedərək günah işləməyə haqqı olmadığını söyləyib.
Din xadimi gecə klublarına basqın etməyi təklif edib.
Şəbnəm