Gecə klubunda qorxulu anlar: Şou zamanı 3 nəfər yandı - ANBAAN VİDEO

Gecə klubunda qorxulu anlar: Şou zamanı 3 nəfər yandı - ANBAAN VİDEO
DÜNYA
15:13 22.05.2023
203
İstanbulun Beyoğlu rayonunun Taksim küçəsindəki gecə klubunda şou zamanı 3 nəfər yaralanıb.

Bu barədə "Haberler.com" məlumat yayıb.

Məlumata görə, hadisə işçinin müştərilərə sürpriz etməsi zamanı baş verib.

Belə ki, işçilərdən biri dəzgaha spirt töküb və yanğın şiddətlənərək ətrafa sıçrayıb.

Nəticədə 2-si qadın olmaqla 3 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda sağlamlıq qrupu cəlb edilib. Yaralılar ilk müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.
Zərərçəkənlərin həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisə ilə əlaqədar "Ehtiyatsızlıqdan xəsarət yetirmə" cinayəti ilə məhkəmə istintaqı aparılan 3 nəfər prokurorluğun qərarı ilə sərbəst buraxılıb.

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR