Gecə saatlarında Xəzərdə batan şəxs xilas edilib

Gecə saatlarında Xəzərdə batan şəxs xilas edilib
SOSİAL
10:15 08.07.2017
737
Bu gün gecə saatlarında küləkli hava şəraitində dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən nəzarətsiz çimərliklərdən birində baş verib.
Təqribən 35 yaşında olan Emin adlı şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR