Gecə və səhər yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

SOSİAL
20:20 14.12.2024
212
Bəzi yolların buz bağlayacağı ehtimalı var.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, dekabrın 15-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, 15-16-da isə mərkəzi Aran rayonlarında 6 dərəcəyədək, dağlarda 8-13 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə şaxta olacağı gözlənilir.

"Bu səbəbdən bəzi yolların buz bağlayacağı ehtimalı var. Tövsiyə edirik ki, gözlənilən hava şəraitini nəzərə alın və yollarda ehtiyatlı olun", Xidmətdən bildirilib.

OXŞAR XƏBƏRLƏR