Gecə yoldaşı evə gəlməyincə mənzilə od vurdu - "Arvadımı gətirin"

Gecə yoldaşı evə gəlməyincə mənzilə od vurdu - "Arvadımı gətirin"
DÜNYA
10:46 11.04.2017
7405

 

Türkiyənin Tekirdağ rayonunun Süleymanpaşa mahalında həyat yoldaşının evə gəlməməsinə əsəbiləşərək evinə od vurduğu deyilən şəxs nəzarətə alınıb.

Turqut Məhəlləsi Müəllim Vəli Küçəsindəki bir binanın son mərtəbəsində yaşayan İ.G. evinin qarşısında "Arvadımı gətirin, gətirməsəniz, evimi yandıraram" deyə qışqırıb. Həyat yoldaşının gəlmədiyini görüb evə od vuran İ.G. hadisə yerindən uzaqlaşıb.

Alovun yüksəldiyini görən qonşuların xəbərdarlığı sonrası hadisə yerinə gələn xilasetmə qrupları yanğına müdaxilə ediblər.

Yanğının söndürülməsinə rəğmən, ev tamamilə yanıb.

 

Hadisə yerində araşdırma aparan polis qrupları İ.G-ni saxlayıblar.

///Milli.Az 
OXŞAR XƏBƏRLƏR