Tərləmə bədənimizin temperaturu tənzimləmək üçün istifadə etdiyi fizioloji bir hadisədir. Ağır idmandan sonra və ya çox isti mühitdə tərləmə normaldır. Ancaq gecə yarısı tərləyərək oyanmaq bir çox xəstəliyin əlaməti ola bilər.
AZXEBER.COM-un araşdırmasına görə, bu cür tərləmə yuxu zamanı heç bir səy göstərmədən baş verir və qalın yorğan və ya isti otaqdan qaynaqlanmır.
Bu, yuxunun keyfiyyətini aşağı salmaqla yanaşı, bir çox xəstəliyin əlaməti ola bilər.
Ən fizioloji səbəblərdən biri, şübhəsiz ki, menopozdur. Araşdırmalara görə, menopoz zamanı estrogen və progesteron səviyyələrindəki dəyişikliklər gecə tərləmələrinə səbəb olur. Ancaq menopoz səbəbiylə tərləmə bir neçə dəqiqə davam edir və vaxt fərqi yoxdur.
Qızdırmaya səbəb olan infeksiyalar gecə tərləmələrinə səbəb ola bilər: vərəm, bakterial-viral infeksiyalar və göbələk infeksiyaları və s. Vərəm ,ümumiyyətlə, qızdırma, öskürək, qanlı bəlğəm gecə tərləmələri ilə müşayiət olunur. Özünüzü ləng, yorğun hiss edirsiniz və iştahınız itir.
Stress, gərginlik, kədər sizi bütün gün tərlədə bilər və gecələr də davam edir. Xüsusilə, uşaqlarda kabuslar daha çox olur və bu, gecə tərləmələrinə səbəb olur.
Əgər insanlar davamlı olaraq gecə tərləmələrindən əziyyət çəkirlərsə, həkimə getmək vacibdir.
Aydın