İtaliyanın baş naziri Mario Draghi səhər saatlarında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə razılaşdıqlarını, lakin Ukrayna lideri ilə bu görüşü keçirə bilmədiklərini bildirib.
AZXEBER.COM xəbər verir ki, Draghi sonuncu dəfə onunla Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün dünən axşam Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə toplantıda danışdığını deyib:
"Ukrayna prezidenti Zelenskinin dünən şurada iştirak etdiyi an dramatik an idi. O, Kiyevdəki gizli yerdən əlaqə saxlayırdı. O vaxtının tükəndiyini, özünün və ailəsinin Rusiya işğalçı qüvvələrinin hədəfində olduğunu söylədi. Səhər mənə zəng etdi və biz saat 09:30-a telefonla görüş təyin etdik, lakin prezident Zelenski ilə artıq əlaqə yaratmaq mümkün olmadığı üçün onunla görüşə bilmədik”.
Rusiyaya qarşı sanksiyalarla bağlı dünən Brüsseldə hazırlanmaqda olan bir sıra sərt tədbirləri təsdiqlədiklərini ifadə edən Draghi Ukraynaya kömək edə biləcəklərini də açıqlayıb:
"Hava, dəniz və quru qüvvələrindən 1400-ə yaxın əsgərimizi döyüşlərə qatmağa hazırıq, lazım gələrsə, əlavə olaraq 2000 əsgərimiz də var”.
Ayşən