Gecədən paytaxtın bu ərazilərinə su verilməyəcək

Gecədən paytaxtın bu ərazilərinə su verilməyəcək
SOSİAL
20:12 25.12.2018
4714
Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR