İstanbulda məktəb həyətləri, idman zalları və məscidlər zəlzələ qorxusundan evdə gecələmək istəməyən vətəndaşların istifadəsinə açılıb.
Bu haqda İstanbul valiliyi açıqlama yayıb.
"Həmçinin məktəblərimizin sanitar qovşaqları növbəti xəbərdarlığa qədər vətəndaşlarımızın istifadəsinə açıq qalacaq. Qızıl Aypara və AFAD vətəndaşlarımızın əsas ehtiyaclarını ödəmək üçün bütün imkanlarını səfərbər edib”, - valiliyin açıqlamasında qeyd olunub.
///Qafqazinfo