"Heç bir küsülü həmkarım yoxdur, mən idealam" - Aşıq Samirə

"Heç bir küsülü həmkarım yoxdur, mən idealam" - Aşıq Samirə
MAQAZİN
12:12 17.04.2017
2046
Aşıq Samirə həmkarı Əli ilə duet oxuyacaq.
 
Bu haqda AZXEBER.COM-a aşıq özü məlumat verib.
 
Duetdən danışan Samirə maraqlı dialoqların olduğunu da bildirib
 
"Maraqlı bir aşıq sayağı duetdi. Sözləri də mərhum ustad aşıq Xanışındı. Sözləri heç kəsə ünvanlanmır. Aşıqlar deyişmədə sevgidən oxuyublar ya da ki, bir-birlərinə hərbə-zorba gəliblər. Amma biz hərbə-zorba gəlməyəcəyik.”
 
Aşıq Samirə elə həyatda da yaxşı hərbə-zorba gəlməyi bacardığını etiraf edib.
 
"Elə yaxşı hərbə-zorba gəlirəm ki (gülür). Əslində onu səhnədə gələ bilərəm. Həyat da hərbə-zorba gələnin yaxşı cavabın yaxşı verirəm. Hazırcavab insanam amma tək-tək adamın cavabın verərəm. Əgər o adamın ağılı, səviyyəsi, şüuru üstündədirsə, o adama cavab verərəm. Sözümü qanana deyərəm. Qanmaza ha denən fərqi yoxdur"
 
Aşıq Samirə həmkarı Əlidən də danışıb: "Bir vaxtlar küsmüşdük. Heç bir küsülü həmkarım yoxdur. Mən idealam. Ona görə deyirəm ki, mənə gərək "İlin ideal müğənnisi” mükafatı verilsin. Heç kəsdən küsmürəm.”
 
Bəs küsəndə barışmağı necə bacarırsız sualına isə aşıq belə cavab verib:
 
"Barışmağı bacaran biriyəm. Kinli insan deyiləm. Tez barışanam. Amma barışdığım adamla kiçik sərhədləri böyüdürəm.”
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR