20:11 çərşənbə Axşamı, 23 Iyul 2019
SOSİAL

Gədəbəy avtobusunda "canlı konsert" - Hər an onlarla insan ölə bilər - VİDEO

20:57, 12.07.20199839
Gədəbəy avtobusunda

Avtobus qəzalarının gündəmdə olduğu bir vaxtda Bakı-Gədəbəy marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərə "canlı konsert" təqdim edilir.

AZXEBER.COM  xəbər verir ki, ölkə.az-a göndərilən videodan göründüyü kimi, sürücünün böyründə əyləşən iki nəfər "İrəvanda xal qalmadı" mahnısını çalıb oxuyurlar. Aydın məsələdir ki, bu, sürücünün diqqətini hər an yayındıra bilər. 

Xatırladaq ki, Masallıda səkkiz nəfərin ölümü ilə nəticələnən ağır qəzadan sonra sürücü bildirmişdi ki, sərnişinlərdən biri ondan balınc (yastıq) istədiyi üçün diqqəti yayınmışdı.


XƏBƏR LENTİ