Gədəbəydə güclü yağışlar selə səbəb olub: Bir nəfər ölüb

Gədəbəydə güclü yağışlar selə səbəb olub: Bir nəfər ölüb
SOSİAL
23:11 07.07.2021
508
Gədəbəydə güclü yağış nəticəsində gələn sel ölümə səbəb olub.

AZXEBER.COM-un məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib.

Yağan güclü yağışlar nəticəsində kənd sakini 1958-ci il təvəllüdlü S.Sadıqovu sel aparıb.

İlkin məlumatlara görə, o, kənddə çoban olub.

Hazırda Gədəbəy və ətraf rayonlarda yağmurlu hava şəraiti davam edir.
OXŞAR XƏBƏRLƏR