Gədəbəydə “Mercedes” körpüdən aşdı, 5 yaralı var

Gədəbəydə “Mercedes” körpüdən aşdı, 5 yaralı var
SOSİAL
16:18 30.08.2026
130
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində körpüdən dərəyə aşıb.

Nəticədə 5 nəfər  xəsarət alıb. 
Yaralılar Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və  Məhəmməd Məmmədov öncə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR