Gədəbəydə və Qazaxda dəm qazından zəhərlənənlər var

Gədəbəydə və Qazaxda dəm qazından zəhərlənənlər var
SOSİAL
14:06 02.01.2023
158

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

AZXEBER.COMAPA-ya istinadən xəbər verir ki, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevda Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qazaxda da 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Zəhərlənən şəxslərin kimlikləri dəqiqləşdirilir.

OXŞAR XƏBƏRLƏR