"Gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür"

"Gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür"
SOSİAL
14:19 19.12.2023
337
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qadınların öldürülməsi ilə bağlı xəbərlərə diqqət çəkib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, mətbuatı açırsan, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var.

Deputat qeyd edib ki, elə gün olur Azərbaycanda 7, elə gün olur 2 qadın öldürülür: "Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada "TikTok"un, yeni texnologiyaların rolu var, bu məsələ araşdırılmalıdır. Bu cinayətlər istənilən yerdə - küçədə, konsert salonlarında baş verir. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Rusiyaya çıxıb gedir, gəlib birinci həyat yoldaşını öldürür. İkincisi, gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, 2022-ci ildə cəmi 51 nəfər məişət zorakılığı ilə bağlı hadisələr nəticəsində ölüb: "Bəzən hadisənin daha dəhşətli görünməsinə səbəb onun çox müzakirə olunmasıdır. Ona görə də bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür. Amma elə deyil. Biz zorakılıq törədən kişiləri reabilitasiyaya cəlb etməliyik, onlarla psixoloji olaraq işləməliyik. Bunun üçün belə mərkəzlər yaradılmalıdır. Amma bu vaxt alan prosesdir, biz bunu etməliyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi