“Gelandewagen”lə adam öldürən Əli Həsənovun nəvəsi azadlığa çıxır – Yaxın tarixdə

“Gelandewagen”lə adam öldürən Əli Həsənovun nəvəsi azadlığa çıxır – Yaxın tarixdə
SOSİAL
15:56 11.12.2017
4439

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.

Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib. Vəkil bildirib ki, qəzada xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.

Hakim isə vəkilin müraciətini nəzərə alıb.

AZXEBER.COM xəbər verir ki, bundan başqa qəza zamanı həlak olan Azərbaycan vətəndaşı Vaqif Əsədovun ailə üzləri də Nail Allahverdiyevdə şikayətçi deyil. Nəticədə isə Nail Allahverdiyevin yüngülləşdirilmiş cəza ilə ev dustaqlığına buraxılması məsələ müzakirə edilir.

Yaxın tarixdə onun ev dustaqlığına buraxılacağı istisna edilmir.

Qeyd edək ki, avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törədən Nail Allahverdiyev həbs edilmişdi. Nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanmışdı. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılmışdı.

Bundan başqa həmin zaman N.Allahverdiyevin idarə etdiyi "Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobil ilə yarışdığı ortaya çıxmışdı. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilmişdi.

 

Qəzada yaralanan  Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş

 

Qəzada ölən Vaqif Əsədov

 

Nail Allahverdiyevlə yarışan "Mazda"nın sürücüsü Mirməhəmməd İsmayılov




OXŞAR XƏBƏRLƏR