06 Mart 2023-cü il tarixində "Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirib.
AZXEBER.COM xəbər verir ki, layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır.
Qeyd edək ki, layihə rəhbəri Jalə Qurbanlı və Aygül Qurbanovadır.