Gələn ay NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək

Gələn ay NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək
DÜNYA
19:57 23.01.2024
169
Fevral ayında NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.

Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əsas mövzu Alyansın hərbi istehsalının artırılması olacaq. Baş katib iclasın dəqiq tarixini açıqlamayıb.

Y.Stoltenberq söyləyib ki, sursat istehsalının artırılması Ukraynaya dəstək üçün zəruridir: "Biz Ukraynanın ehtiyaclarını görürük. Ona görə də istehsalı artırmalıyıq”.
OXŞAR XƏBƏRLƏR