"Gələn dəfə tamam soyunarsan" - Nadir Hadisəyə

"Gələn dəfə tamam soyunarsan" - Nadir Hadisəyə
MAQAZİN
13:14 05.01.2017
9019

Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda konsert verən türkiyəli ifaçı Hadisə daha çox geyimi ilə gündəmə gəlib. 

Yerli müğənnilər də ifaçının açıq-saçıq geyimini tənqid edib. 

Onlardan biri də müğənni Nadir Qafarzadə olub. İfaçı Hadisəni belə tənqid edib:

"Bizimkilərin əksəriyyəti də ölürlər, elə bil ayaq, arxa görməyiblər. Bu da bilir ki, sənəti yoxdur, Azərbaycanda ancaq soyunmaqla tutuzdura bilər. Heç olmasa, canlı oxuma, ay xaric. Gələn dəfə gələndə tamam soyunarsan, onsuz da bizimkilərin bəziləri görməmişdilər. Bizdə abır-həya deyilən bir şey qalmayıb. Onsuz da hamı yola verir, sən də məqamdı istifadə et. Bir də əcəb edirsən, kef elə”.

Qeyd edək ki, N.Qafarzadə daha sonra şərhini silib.

///Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR