"Ukraynada atəşkəsə doğru irəliləyişin olmaması səbəbindən Senatın gələn həftə Rusiyaya qarşı yeni sərt sanksiyalarla bağlı qanun layihəsini hərəkətə keçirməsi ehtimal olunur.”
Bunu ABŞ-ın Cənubi Karolinadan olan respublikaçı senatoru Lindsi Qraham deyib.
"Artıq yetərincə danışdıq. Hərəkət etməyin vaxtıdır. Mən ehtimal edirəm ki, gələn həftə Senat sanksiyalarla bağlı qanun layihəsini hərəkətə gətirəcək.”, - o bildirib.
Qraham bildirib ki, ukraynalılar ABŞ prezidentinin onlardan istədiyi hər şeyi yerinə yetiriblər. O, həmçinin Rusiyanın növbəti sülh danışıqları mərhələsi ilə bağlı planlarını gizli saxlamasından narahatlığını ifadə edib.
/APA